"Mən zədə səbəbindən oynamadım. Amma növbəti matça hazır olacam".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev deyib. Zədə səbəbindən Avropa liqasının qrup mərhələsinin "Sportinq"lə səfər matçında komandasına kömək etməyən bolqar futbolçu sabiq klubuna qarşı intiqam hissinin olmadığını deyib: "Heç bir intiqam hissim yoxdu. Burada yaxşı, gözəl oyun göstərmək istəyirəm. Çünki "Qarabağ" məzmunlu oyun nümayiş etdirən komandadır".
"Sportinq"in keçmiş futbolçusu azarkeşləri salamlayıb: "Azarkeşlərə qucaqdolu salamlar göndərirəm. Bu oyunda azarkeşlər komandasına dəstək oldular və futbolçular da bunu hiss etdi. "Sportinq"in oyunçusu kimi bunu hiss etmədiyim üçün çox üzgünəm. "Sportinq"də yaxşı futbolçular var. Amma biz də yaxşı komandayıq. Sadəcə, heyətdə problemlərimiz çox idi".
Qeyd edək ki, Bolqarıstan millisinin üzvü yayda "Sportinq"dən "Qarabağ"a keçib.
saytlarin hazirlanmasi