Almaniya 3-cü Liqasında 8-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” doğma meydanda “Enerji Kotbus”la qarşılaşıb. Münster klubu bu oyundan qələbə ilə ayrılıb - 3:0.
Rüfət 90 dəqiqə meydanda olub. 27 yaşlı hücumçu 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Dadaşovun komandası 8 turdan sonra 12 xalla 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi