Qazaxıstan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” səfərdə “Akjaik”i 2-1 hesabı ilə məğlub edib.
Start heyətdə meydana çıxan Riçard komandasının ilk qolunu vurub. Millimizin üzvü 23-cü dəqiqədə penaltidən fərqlənib. Bununla da o, "Astana"da qol hesabını açıb. Almeyda fasilədə əvəzlənib.
"Astana" Premyer Liqanın tunir cədvəlinə 61 xalla başçılıq edir.
saytlarin hazirlanmasi