Ronaldo FIFA-nın tədbirindən imtina etdi

11:56 - 24 Sentyabr 2018

FIFA-nın ən yaxşı futbolçusu adına 3 namizəddən biri olan Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo Londonda təşkil edilən mükafatlandırma mərasiminə qatılmayacaq.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı superulduz sıx qrafiki əsas gətirərək, mərasimdən imtina edib.

 

Digər məlumatlara görə, Ronaldo "The Best" mükafatını qazanmayacağı üçün tədbirə yollanmaqdan fikrindən daşınıb. O, Avropanın ən yaxşı futbolçusu seçilmədiyi üçün də belə bir addım atmışdı.

 

"The Best"ə digər iki namizəd isə Luka Modriçlə Məhəmməd Salahdır.

Xəbər xətti