“Astana”da ilk qolumu vurduğuma görə şadam. Bu qolu komanda yoldaşlarıma, azarkeşlərimizə və əlbəttə, ailəmə həsr etmək istəyirəm. Hansılar ki, bu səhər Qazaxıstana gəliblər. Təbii ki, istənilən futbolçu kimi mən də qol vurmağı sevirəm”.
Sportal.az xəbər verir ki, bu sözləri millimizini üzvü və "Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda deyib. Qazaxıstan Premyer Liqasının 27-ci turunda “Akjayık”la səfər matçının 23-cü dəqiqəsində penalti ilə hesabı açan futbolçu qarşısına qol vurmaq məqsədi qoymadığını bildirib:
“Qarşıma çox qol vurmaq vəzifəsi qoymuram. Komandama öz oyunumla kömək etmək istəyirəm. Əgər alınsa, bunu qol vurmaqla etmək isə məni ikiqat xoşbəxt edər. Bütün bunlar komanda yoldaşlarıma ötürmə etməyimə mane olmayacaq”.
"Astana"nın 2-1 hesabı ilə qalib gəldiyi görüşdə start heyətdə meydana çıxan Almeyda 46-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 26 turdan sonra "Astana" 61 xalla 1-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi