"Yavaş-yavaş komandaya uyğunlaşıram. İstədiyim tempə düşürəm".
Sportal.az xəbər verir ki, bu sözləri Almaniya III Bundesliqasında çıxış edən "Proyssen"də oynayan millimizin sabiq hücumçusu Rüfət Dadaşov deyib. 27 yaşlı forvard çempionatın 9-cu turunda "Hanza"ya 4-1 hesabı ilə qalib gəldikləri oyunda het-trik edib. Dadaşov işlərin qaydasına düşdüyünü bildirib: "Qollara görə sevinirəm. Çempionatda oyunum yaxşıya doğru gedir. III Liqaya alışmaq üçün bir az zamana ehtiyac var idi".
Qeyd edək ki, Dadaşov III Bundesliqada 9 oyuna 5 qol vurub.
saytlarin hazirlanmasi