Topaz Premyer Liqasının I turundan təxirə salınmış matçında "Qarabağ" "Zirə"ni qəbul edir.
Sportal.az xəbər verir ki, Ağdam klubu ciddi itkiylə üzləşib. Komandanın aparıcı üzvü Donald Gerye rəqiblə epizodların birində ciddi zədə alıb. Çiynindən ağır zədələnən futbolçu 34-cü dəqiqədə meydanı tərk edib. Onun əvəzinə meydana Ansi Aqolli daxil olub.
İlk hissəsi oynanılan matçda "Qarabağ" 1-0 hesabı ilə qalib gəlir.
Qeyd edək ki, "Qarabağ" oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Arsenal"ı qəbul edəcək.
saytlarin hazirlanmasi