Topaz Premyer Liqasının I turundan təxirə salınmış matçında "Qarabağ" "Zirə"ni qəbul etdiyi matçda ciddi itkiylə üzləşib.
Sportal.az xəbər verir ki, Ağdam klubunun cinah futbolçusu Donald Gerye çiynindən ağır zədələnib. Haitili oyunçunun çiyni çıxıb. O, oktyabrın 4-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Arsenal"la oyunu buraxmalı olacaq.
Matçda "Qarabağ" "Zirə"yə 3-2 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi