Almaniya 3-cü Bundesliqasının 9-cu turunda millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” səfərdə “Hanza”ya 4-1 hesabı ilə qalib gəlib.
Sportal.az xəbər verir ki, start heyətdə oyuna başlayan Rüfət 2, 6, 65-ci dəqiqələrdə fərqlənərək, het-trikə imza atıb. Dadaşov 87-ci dəqiqədə əvəzlənib.
Dadaşovun komandası 9 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Rüfət III Bundesliqada 9 oyuna 5 qol vurub.
saytlarin hazirlanmasi