"Ayaks"ın gənc futbolçusu Frenki de Yonq nəhəng klubların radarına düşüb.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted", "Mançester Siti", "Real", "Tottenhem" və "Bavariya" klubları Hollandiya millisinin üzvünə "elçi düşüblər". Amsterdam klubu 21 yaşlı futbolçu 71 milyon avro tələb edir. İspaniya mətbuatının məlumatına görə, "Barselona" de Yonqun transferində geri addım atıb.
Məlumata görə, de Yonq növbəti mövsüm nəhənglərdən birinə transfer olacaq.
Qeyd edək ki, de Yonq "Villem II" yetirməsidi.
saytlarin hazirlanmasi