Almaniya 3-cü Liqasında 10-cu tura start verilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” evdə “Veen”ə 3-0 hesabı ilə qalib gəlib.
Start heyətdə oyuna başlayan Rüfət oyunda hesabı açıb. Dadaşov 90 qəqiqə meydanda olub.
Dadaşovun komandası 10 turdan sonra 18 xalla 2-ci pillədə qərarlaşıb. Ehtiyatda bir oyunu olan lider "Osnabruk"un da 18 xalı var.
Qeyd edək ki, Rüfət III Bundesliqada 10 oyuna 6 qol vurub.
saytlarin hazirlanmasi