"Qarabağ"ın legioneri milliyə dəvət aldı

11:45 - 29 Sentyabr 2018

Konqo millisinin Afrika Millətlər Liqasında Liberiya ilə oyunlar üçün heyəti açıqlanıb.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Valdo Kandido 39 futbolçuya dəvət göndərib. Onların arasında “Qarabağ”ın vinqeri Con Delarj da var.

 

Qeyd edək ki, Konqo yığması Liberiya ilə oktyabrın 11-də evdə, 16-da isə səfərdə qarşılaşacaq.

Xəbər xətti