Almaniyanın II Bundesliqa təmsilçisi "Duysburq"dan ayrılan millimizin sabiq üzvü Tuğrul Eratın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Almaniyanın 5-ci divizionunda mübarizə aparan "Ştralen" klubu ilə müqavilə imzalayıb. O, mövsümün sonuna qədər həvəskarlar liqasında çıxış edən Oberliqa təmsilçisinin uğurları üçün çalışacaq.
Qeyd edək ki, Tuğrul Erat U-21 və əsas millimizin üzvü olub.
saytlarin hazirlanmasi