Latviya Birinci Liqasında 19-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” “JDFS Alberts”i doğma meydanında 4-0 hesabı ilə darmadağın edib.
Vüqar 58-ci dəqiqədə meydana daxil olub. O, 72 və 82-ci dəqiqələrdə fərqlənərək, dubla imza atıb. Çempionatın bombardiri olan millimizin sabiq forvardı cari mövsümdə vurduğu qolların sayını 25-ə çatdırıb.
“Dauqavpils” 19 turdan sonra 49 xalla 12 kollektiv arasında birinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi