"Portu"da zədə şoku: Abubakar uzun müddət oynamayacaq

17:54 - 1 Oktyabr 2018

"Portu"nun heyətində ciddi zədə alan Vinsent Abubakar əməliyyat edilib.

 

Sportal.az xəbər verir ki, "Tondela" ilə matçda dizindən zədələnən futbolçu 6 ay yaşıl meydanlardan kənar qalacaq.

 

Qeyd edək ki, 26 yaşlı forvard 2014-cü ildən "əjdahalar"da çıxış edir. O, 2016/17 mövsümünü icarə əsasında "Beşiktaş"da keçirib.

Xəbər xətti