Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan AÇ-2024-ün ev sahibliyinin Türkiyəyə deyil, Almaniyaya verilməsinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Ərdoğan UEFA-nın bu qərarına təəccüblənmədiyini deyib:
"Açıq danışacaq, çox da əhəmiyyət vermədim. Bu, həmişə belə olur. Həmişə Türkiyəyə gələndə bəhanələr tapılır. Bizim təşkilatçılığımız, stadionlarımız Almaniyadan heç də geri qalmır. Müasir və rahat stadionlarımız, bazarlarımız var. Xeyirlisi olsun. Biz də artıq məsrəfdən xilas olduq".
Qeyd edək ki, 2024-cü ildə keçiriləcək Avropa çempionatına Türkiyə və Almaniya namizəd idilər. Səsvermədə Almaniya qalib olub.
saytlarin hazirlanmasi