Qazaxıstanın "Astana" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike açıqlama verib.
Sportal.az xəbər verir ki, braziliyalı vinqer "Qarabağ"da çıxış etdiyi vaxtları xatırlayıb:
"Yunanıstanda möhtəşəm atmosfer var idi. Çünki orada azarkeşlər daha çılğın dəstək verirlər. Bu, Azərbaycana da aiddir. "Astana Arena"dakı ilk matçım stadionda yaradılmış atmosferlə əlaqədar sürpriz oldu. Qarabağ"ın heyətində Çempionlar Liqasında oynadığımız vaxt təkcə komandanın azarkeşləri deyil, bütün ölkə bizi dəstəkləyirdi. Bu, çox əla və qürurverici idi".
28 yaşlı futbolçu sabiq komandasının azarkeşləri barədə də xoş sözlər söyləyib: "Renn"də də komandaya çox güclü dəstək verirdilər. Bu fanatlar oyun boyunca "Renn" üçün mahnılar oxuyurdular. Bu, çox inanılmaz məqamdır".
Qeyd edək ki, Enrike 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. O, Fransanın "Renn", Yunanıstanın PAOK və İsveçrənin "Sürix" komandalarında da oynayıb.
saytlarin hazirlanmasi