"Qarabağ" Bakı Olimpiya Stadionunda məşqə çıxdı

22:55 - 2 Oktyabr 2018

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin II turunda İngiltərənin "Arsenal" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün matçın baş tutacağı Bakı Olimpiya Stadionunda məşqə çıxıb.

 

"Qarabağ"ın heyətində "Arsenal"a qarşı Dani Kintana və Donald Gerye zədə səbəbindən oynamayacaqlar.

 

Qeyd edək ki, "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü, saat 20:55-də başlayacaq.

Xəbər xətti