"Qarabağ" azarkeşlərə müraciət etdi

11:42 - 4 Oktyabr 2018

“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” klubuna qarşı keçirəcəyi ev oyunu öncəsi azarkeşlərə müraciət edib.

 

Sportal.az xəbər verir ki, müraciətdə Bakı Olimpiya Stadionunun qapıları oyunun başlamasından 3 saat öncə - saat 17:55-də açılacağı qeyd edilib. Azarkeşlərdən tribunada yerlərini asanlıqla tapması və oyunun başlamasına yaxın yaranacaq anşlaqın qarşısını almaq üçün stadiona 3 saat öncədən gəlmələri xahiş olunub.

 

"Qarabağ" - "Arsenal" oyunu bu gün saat 20:55-də başlayacaq.

Xəbər xətti