Bekhemin Radamel Falkao planı

15:13 - 6 Oktyabr 2018

"İnter Mayami"nin sahibi olan Devid Bekhem klubla bağlı gələcək planlarını qurur.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü ulduz futbolçuları okeanın o tayına aparmaq fikrindədir. "The Sun"da yer alan xəbərə görə, Bekhem 2020-ci ildə "Monako" ilə müqaviləsi başa çatacaq Radamel Falkaonu klubuna gətirməyi düşünür.

 

43 yaşlı funksioner daha öncə "Barselona"nın ulduzu Lionel Messini də komandaya gətirmək istədiyini bəyan etmişdi.

 

Qeyd edək ki, "Mayami İnter" 2020-ci ildən etibarən MLS-də çıxış edəcək.

Xəbər xətti