MLS təmsilçisi "Los-Anceles Qalaksi"də çıxış edən Zlatan İbrahimoviçin keçmiş komandası İtaliyanın "Milan" klubuna qayıdacağı ilə bağlı iddialar yayılıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı isveçli forvard bu şayiələrə münasibət bildirib: "Hər zaman belə iddialar olub. Həm də məni bütün dünya istəyir. Bu, mənim üçün adi bir şeydir".
Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"da oynayıb və 85 oyuna 56 qol vurub.
saytlarin hazirlanmasi