Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” doğma meydanda Moskva “Dinamo”sunu 1-0 hesabı ilə məğlub edib.
Samara klubunun yeni baş məşqçisi Miodraq Bojoviç Ramilə şans verməyib. Şeydayev əvvəlki oyunlarda olduğu kimi, bu dəfə də ehtiyatda qalıb.
“Krılya Sovetov” 10 turdan sonra 10 xalla 16 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi