Almaniya 3-cü Liqasında 11-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” səfərdə “Unterhaxinq”lə qarşılaşıb. Qarşılaşmada hesabı 10-cu dəqiqədə meydan sahibləri açıblar. Lakin Dadaşovun komandası 79-cu dəqiqədə məğlubiyyətdən qurutulub. Oyun 1-1 hesabı ilə yekunlaşıb.
Rüfət start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Dadaşovun komandası 11 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi