"Azərbaycanı necə məğlub edəcəyimizi bilirik"

16:54 - 9 Oktyabr 2018

"Hər iki komandanın qrupda qalib olmaq şansı var. Bu səbəbdən də matç iki tərəf üçün də vacib olacaq".

 

Sportal.az xəbər verir ki, bu sözləri Millətlər Liqasında yığmamızın rəqibi olan Farer adalarının yarımmüdafiəçisi Hallur Hansson deyib. 26 yaşlı futbolçu millimizi məğlub etmək istədiklərini deyib: "Evdə Maltaya qalib gəlmişik. Artıq necə qələbə qazanmaq lazım olduğunu bilirik. 3 xal bizə lazımdır, buna görə də rəqibi məğlub etməliyik. Məğlubiyyət isə işləri tərs edəcək. Azərbaycan da güclü komandadır".

 

Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Farer adaları - Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Xəbər xətti