“Yuventus”un ulduzu Kriştiano Ronaldonun başı təcavüz qalmaqalındadır.
Sportal.az xəbər verir ki, 2009-cu ildə Las Veqasda Ketrin Mayorqa adlı xanıma təcavüz etməkdə günahlandırılan 33 yaşlı hücumçu ilə bağlı yeni xəbər yayılıb. Almaniyanın "Der Spiegel" nəşri Ronaldonun 2009-cu ildə vəkili Osorioya hadisəni etiraf etdiyini araşdıraraq, ortaya çıxarıb. Ronaldo vəklinə Ketrinə təcavüz etdiyini boynuna alıb:
"Onunla arxadan cinsi əlaqədə olduq. Əvvəlcə icazə verdi. Vəziyyəti dəyişmədik, 5-6 dəqiqə davam etdik. İstəmədiyini dedi, amma mane də olmurdu. Hər şey qısa alındı. Birdən məni itələdi və "Xeyr, olmaz! mən sənin üçün digər qadınlardan deyiləm" söylədi. Hər hansısa yardım istəməyi və səs-küy salması olmayıb".
Ronaldonun vəkili böyük pul qarşılığında Ronaldonu həbsdən xilas edə bilib. Bundan əlavə, təcavüzə məruz qalan qadına 350 min dollar ödənilərək, susdurulub. Portuqaliyalı ulduz bu yaxınlarda verdiyi açıqlamada qadının onun adından istifadə edərək, məhşurlaşmaq istədiyini söyləmişdi.
saytlarin hazirlanmasi