Bu gün “Qarabağ” klubunun bazasında akademiya heyəti ilə görüş keçirilib.
Sportal.az xəbər verir ki, “köhlən atlar”ın direktoru Əmrah Çəlikəlin rəhbərliyi ilə baş tutan tədbirdə akademiyanın məşqçi, texniki-inzibati heyətiylə fikir mübadiləsi aparıb.
Akademiyanının hazırki durumuyla bağlı danışan Əmrah Çəlikəl, əsas məqsədlərinin Azərbaycan futboluna yeni futbolçular bəxş etmək və müvafiq yaş qruplarına üzrə milli komandalara çox sayda futbolçu vermək olduğunu bildirib. Aşağı yaş qrupları üzrə komandaların durumu müzakirə olunub və mövcud problemləri müəyyənləşdirilib.
Sonda Çəlikəl məşqçilərin fikirlərini dinləyib və onların suallarını cavablandırıb.
saytlarin hazirlanmasi