Belçika futbolunda korrupsiya qalmaqalı

18:50 - 10 Oktyabr 2018

Belçika futbolu yerli polisin danışılmış oyunlarla bağlı araşdırmala başlaması ilə sarsılıb.

 

Sportal.az xəbər verir ki, araşdırmalar nəticəsində agentlər, klub rəsmiləri və iki hakim saxlanılıb. “Brügge”nin baş məşqçisi İvan Leko isə dindirilir. "Anderlext”, “Brügge” və “Lokeren” və digər klubların ofislərində axtarış aparılıb.

 

Polis klubların korrupsiya, çirkli pulların yuyulması və danışılmış oyunlarda iştirakına dair araşdırmalara davam edir.

Xəbər xətti