UEFA Millətlər Liqasının mükafat fondunu artırıb.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin çıxış etdi D divizionunda iştirak məbləği 500 min avrodan 750 minə qaldırılıb. Qrup lideri 500 min avro deyil, 750 min avro qazanacaq.
Liqanın qalibinin qazancı 4.5 milyon avrodan 6 milyon avroya qaldırılıb. Finalda uduzan komandaya 4,5 milyon, 3 və 4-cü yerin sahiblərinə isə müvafiq olaraq 3,5 və 2,5 milyon avro veriləcək. Bu mükafatların hər biri 1 milyon avro artırılıb.
Qeyd edək ki, millimiz D Liqasında Kosovo, Farer adaları və Malta ilə 3-cü qrupda mübarizə aparır. 2 turdan sonra yığmamız 2 xalla 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi