Lars Olsen: "Bəxtimiz gətirmədi"

11:19 - 12 Oktyabr 2018

"İlk hissədə Azərbaycandan üstün oynadıq. Bəxtimiz gətirmədi. Qol vura bilmədik".

 

Sportal.az xəbər verir ki, bu sözləri Millətlər Liqasının qrup mərhələsində evdə Azərbaycan yığmasına 0-3 hesabı ilə uduzan Farer adalarının baş məşqçisi Lars Olsen deyib. Danimarkalı mütəxəssis qol şanslarının gətirmədiyini deyib: "Hesabı aça bilmədik. Qol vursaydıq, oyunun axarı başqa cür olacaqdı. Rəqib hesabı açanda qol fürsətlərimiz yenə də oldu, lakin status-kvonu bərpa edə bilmədik. Şanssızlıq oldu, qol vurmadıq".

 

Qeyd edək ki, qrupun 4-cü turunda Farer adaları Kosovo ilə, Azərbaycan millisi Malta ilə üz-üzə gələcək. Qrupa 7 xalla Kosovo başçılıq edir. Azərbaycanın 5, Farer adalarının 3, Maltanın isə 1 xalı var.

Xəbər xətti