“Qəbələ”nin futbolçusu Lalavele Atakora Toqo millisində növbəti oyununu keçirib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində meydana çıxıb.
O, D qrupunun 3-cü turunun Qambiya ilə ev oyununda iştirak edib. Start heyətində meydana çıxan Atakora 58-ci dəqiqədə əvəzlənib. Toqo millisi bu ev oyununda 1 xalla kifayətlənib – 1:1.
Qambiya yığmasının heyətində isə Topaz Premyer Liqasında çıxış edən daha bir futbolçu - “Keşlə”nin şərəfini qoruyan Ebrima Sohna da bu matçın iştirakçısı olub. O da start heyətdə meydana çıxıb.
Bu görüş ağır şərtlər altında - güclü yağışın müşayiəti ilə baş tutub. Meydança leysan nəticəsində su ilə dolduğundan matçda müəyyən fasilələr yaransa da, görüşü sona çatdırmaq mümkün olub.
Qeyd edək ki, üç oyundan sonra hesabında 2 xal olan Atakoranın komandası 4-cü, eyni xala malik Qambiya isə 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi