Topaz Premyer Liqasında çıxış edən “Səbail” və “Zirə”nin futbolçuları öz yığmalarında növbəti matçlarını keçirib.
Sportal.az xəbər verir ki, hər iki futbolçu Moldova yığmasının Millətlər Liqasının III turunda San-Marino üzərində qələbəsində pay sahibi olub.
“Səbail”in üzvü Yevgeni Koçuk 2:0 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə şans qazanıb. “Zirə”nin legioneri Aleksandr Dedov oyuna fasilədən sonra daxil olub.
Qeyd edək ki, ilk qələbəsini qazanan Moldova xal hesabını 4-ə çatdırıb və 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi