UFC-də Konor Makqreqora qalib gələrək, titulunu qoruyan Həbib Nurməhəmmədov “Qalatasaray”dan gələn təkliflə razılaşıb.
Sportal.az xəbər verir ki, İstanbul klubunun forması ilə şəkilləri olan döyüşçü "Qalatasaray"ın Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Türk Telekom Arena"da "Şalke" ilə keçirəcəyi oyuna dəvət alıb. Həbib klubun dəvətinə müsbət cavab verib və qarşılaşmanı tribunadan izlmək üçün İstanbula yollanacaq.
Qeyd edək ki, sözügedən matç oktyabrın 24-ü, Bakı vaxtı ilə 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi