Latviya Birinci Liqasında 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” səfərdə “Smiltene”yə 6-1 hesabı ilə qalib gəlib.
Start heyətdə oyuna başlayan Vüqar 75-ci dəqiqədə əvəzlənib.
Əsgərov 22 və 61-ci dəqiqələrdə təyin olunan penaltiləri dəqiq yerinə yetirib. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 27-yə çatdırıb.
“Dauqavpils” 21 turdan sonra 55 xalla birinci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi