"Fikrimcə, biz bu nəticəni haqq edirdik. Çünki Kosovo ilə oyundan fərqli olaraq, bu dəfə taktiki cəhətdən daha ağıllı oynadıq, müdafiədə sıx idik".
Sportal.az xəbər verir ki, bu sözləri Millətlər Liqasında yığmamızla 1-1 hesablı heç-heçə edən Malta millisinin müdafiəçisi Andre Acus deyib. 32 yaşlı müdafiəçi Ray Farruciyanın rəhbərliyi altında Maltanın doğru yolda olduğunu deyib:
"Heyətimiz və baş məşqçimizlə düzgün yoldayıq. Oyunumuz etibarlıdır. Növbəti iki oyun da bizim üçün vacibdir. Qrupda 3-cü yeri tutmaq şansına sahibik. Farer adaları ilə son oyunumuz həlledici olacaq".
Qeyd edək ki, qrupa 8 xalla Kosovo başçılıq edir. Millimizin 6, Farer adalarının 4, Maltanın 2 xalı var.
saytlarin hazirlanmasi