UEFA Millətlər Liqasında qrup mərhələsinin oyunları keçirilir.
Sportal.az xəbər verir ki, A liqasının 2-ci qrupunda yer alan İslandiya millisi evdə İsveçrəni qəbul edib. Matç meydan qonaqların 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
İslandiya millisinin qapısını “Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub.
90 dəqiqə meydanda olan 34 yaşlı qapıçı 2 qolun qapıdan keçməsinə mane ola bilməyib.
Qrupa 6 xalla Belçika başçılıq edir. Eyni xala malik olan İsveçrə 2-cidir. İslandiyanın aktivində xal yoxdur.
İslandiya - İsveçrə 1:2
Qollar: Alfred Finnboqason, 81 - Haris Seferoviç, 52, Mixael Lanq, 67
saytlarin hazirlanmasi