"Qarabağ" zədəli futbolçusu Donald Gerye kollektiv məşqlərə başlayıb.
Sportal.az xəbər verir ki, çiynindən ciddi zədə alan Ağdam klubunun cinah futbolçusu sağalıb.
29 yaşlı oyunçunun oktyabrın 25-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində "Vorskla" ilə oyunda iştirak edib-etməyəcəyi hələ ki, bəlli deyil.
Qeyd edək ki, Donald Gerye Topaz Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ" - "Zİrə" matçında (3-2) zədələnmişdi.
saytlarin hazirlanmasi