"Bilirik ki, bizi çox çətin və önəmli oyun gözləyir. Rəqib barədə yüksək fikirdəyik. Oyunlarını izləmişik, yaxşı komandadı. İlk iki oyunda uduzsalar da, rəqiblərinə çətin anlar yaşadıblar".
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Avropa Liqasında qrup mərhələsinin III turunda sabah “Voskla”ya (Ukrayna) qarşı keçirəcəkləri oyun öncəsi mətbuat konfransında deyib. İspan yarımmüdafiəçi Poltava təmsilçisini yaxşı analiz etdiklərini deyib: "Özümüzə güvənirik. Rəqibi yaxşı analiz etmişik. İnanırıq ki, müsbət nəticə qazanacağıq".
Miçel rəqibin kompakt oynadığını deyib: "Videolarını izləmişik, kompakt komandadı. Hücumameyilli oyunçuları sürətlidi. “Arsenal”a görüşdə 4 top fərqi ilə geridə olsalar da, 2 qol vura bilmişdilər. Həm avrokubokda, həm də daxili çempionatda asan rəqib yoxdu. Amma yenə də müsbət nəticə üçün çalışacağıq".
saytlarin hazirlanmasi