Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Ağdamın "Qarabağ" klubunun qonağı olacaq Ukrayna “Vorskla”sı Bakıda dəstəksiz qalmayacaq.
Sportal.az xəbər verir ki, Poltava tərəfi Ağdam klubundan 200 bilet istəyib. Bunlardan 100-ü azarkeşlər üçün nəzərdə tutulub. Digər 100 yer isə qonaqlar üçün ayrılıb.
Qarşılaşmaya isə hələlik 17 mindən çox bilet satılıb.
Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” görüşü saat 20:55-də başlayacaq.
saytlarin hazirlanmasi