"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Sportinq" yarımmüdafiəçisi Markos Akunya ilə yeni müqavilə bağlayıb.
Sportal.az xəbər verir ki, argentinalı futbolçunun müqaviləsi 2023-cü ilədək uzadılıb. 26 yaşlı oyunçunun sərbəst qalma məbləği isə 60 milyon avro təyin edilib.
Qeyd edək ki, Akunya "Sportinq"ə 2017-ci ildə Argentinanın "Rasinq" klubundan keçib.
saytlarin hazirlanmasi