"Qarabağ"da qəfil dopinq yoxlanışı olub.
Sportal.az xəbər verir ki, axşam saatlarında Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndələri sabah Avropa Liqası matçına çıxacaq komandanın üzvlərindən dopinq-test götürüb.
Yoxlanışın "Vorskla" ilə vacib oyun öncəsi olması birmənalı qarşılanmayıb. Bu cür testlər adətən matçlardan dərhal sonra bir neçə futbolçudan analiz götürülməsi ilə aparılır.
saytlarin hazirlanmasi