"Qəbələdə yaxşı nəticə qazanmışdıq. Həmin oyundan sonra demişdim ki, "Qəbələ" hələ də favoritdir. "Qəbələ"ni təbrik edirəm və onlara gələcək oyunlarda uğurlar arzu edirəm".
Sportal.az xəbər verir ki, bu sözləri UEFA Gənclər Liqasının Çempionlar yolunda öz meydanında “Qəbələ”yə 1:3 hesabı ilə məğlub olan Moldovanın "Şerif" klubunun baş məşqçisi Luka Pavloviç deyib. Xorvatiyalı mütəxəssis "Qəbələ"nin yüksək səviyyədə oynadığını bildirib: "Qəbələ" bizdən daha yüksək səviyyədə çıxış edir. Belə oyunlarda yüksək tempdə oynamaq üçün hələ çox işlərimiz var. İlk hissə çox çətin oldu. Rəqib güclü pressinq edirdi. Buna tab gətirə bilmədik. Hesab 1-1 olarkən fərqli oynamalı idik. Uşaqlar açıq futbola üstünlük verdilər. Ancaq daha kompakt oynamalı, əks-hücumlarda rəqibi yaxalayaraq, cəzalandırmaq olardı. Bu məğlubiyyət bizim üçün dərs oldu. Bundan öyrənməliyik. Daxili çempionatımızda təəssüf ki, futbolçuların inkişafı üçün bu səviyyədə oyunlar olmur. Buna görə hələ çox işlər görməliyik".
Qeyd edək ki, II mərhələyə adlayan "Qəbələ" Almaniyanın "Herta" klubu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi