"Cədvələ fikir verməyin. "Qarabağ"ın xalsız olması əhəmiyyətsizdir. Sözümə inanın, onlar çox güclü komandadır".
Sportal.az xəbər verir ki, bu sözləri "Simurq"un sabiq futbolçusu, ukraynalı veteran müdafiəçi Aleksandr Poklonski Avropa Liqasında qrup mərhələsinin III turunda keçiriləcək "Qarabağ" - "Vorskla" oyunu haqqında "Footboom"a söyləyib. "Dnepr"in "sükanı arxası"nda olan 43 yaşlı mütəxəssis "Qarabağ"ın 2-1 hesabı ilə qalib gələcəyini düşünür: "Vorskla" üçün çətin olacaq. Əgər onlar Avropa Liqasında 1 xal qazana bilsələr, bu artıq uğur sayılacaq. Ancaq mən yenə də "ağ-yaşıllar"ın uğursuz olacağını gözləyirəm. Azərbaycan klubunun 2:1 hesablı qələbə qazanacağını deyə bilərəm".
Qeyd edək ki, Ukrayna millisində bir oyun keçirmiş sabiq müdafiəçi 2007-ci ildə "Simurq"da çıxış edib.
saytlarin hazirlanmasi