"Feyenoord"da çıxış edən Hollandiya millisinin sabiq üzvü Robin van Persi karyerasını başa vurmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu mövsümün sonunda butsılarını mismaran asmağa qərar verib. Bu barədə ulduz futbolçu açıqlamasında deyib.
Qeyd edək ki, van Persi "Feyenoord" yetirməsi sayılır. O, "Arsenal", "Mançester Yunayted" və "Fənərbaxça" klublarında da çıxış edib.
saytlarin hazirlanmasi