Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun matçında Ukrayna təmsilçisi "Vorskla" Bakıda "Qarabağ"ı 1: 0 hesabı ilə məğlub etdi.
Sportal.az xəbər verir ki, oyundan sonra Poltava klubunun fəxri prezidenti Konstantin Jevaqo nəticədən razı qaldığını söyləyib: "Həm özümüz, həm də Ukrayna üçün vacib qələbə qazandıq. Bu qələbə reytinq xalı üçün əhəmiyyətlidir. Komandamıza görə qürurluyam və çox sevinirəm. Paltardəyişmə otağında bir-birimizi təbrik etdik. Avropa Liqasının qrup mərhələsində ilk qələbəmizi qazandıq, tarix yazdıq. Biz güclü komandalara da qalib gəlmək istəyirik".
Jevaqo növbəti mərhələ şansları barədə bunları deyib: "Əlimizdən gələn hər şeyi edəcəyik. Mümkün olan ən yaxşını etməyə çalışacağıq".
saytlarin hazirlanmasi