Azərbaycanın mövqeyi dəyişmədi

10:18 - 26 Oktyabr 2018

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda keçirilən oyunlardan sonra UEFA reytinqi açıqlanıb.

 

Sportal.az xəbər verir ki,  Azərbaycanın mövqeyi dəyişməyib. 18 500 xalı olan ölkəmiz 27-cı sırada qərarlaşıb. Təmsilçimiz "Qarabağ" "Vorskla"ya uduzduğu (0:1) üçün xal ehtiyatımız artmayıb.

 

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsrailin 18 625 xalı var. 25-ci pillədəki Qazaxıstanın isə 18 750 xalı var. Ən yaxın izləyicimiz Bolqarıstan 16 750 xalla 27-cidir.

Xəbər xətti