UEFA Avropa Liqasında qrup mərhələsinin 3-cü turundan sonra statistik göstəricilər açıqlanıb.
Sportal.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" keçirdiyi 3 oyundan sonra qapıya 27 zərbə endirib. Bunlardan 15-i qeyri-dəqiq alınıbsa, 7-si çərçivəyə ünvanlanıb. 5 zərbəyə isə blok qoyulub. "Köhlən atlar" bu göstəricidə "Dinamo" (Kiyev), BATE, "Spartak" (Trnava), "Seltik", "Videoton", "Rapid", "Zenit", "Düdelanj", "Rusenborq", "Vorskla" və "Malmö" klublarını qabaqlayıb. "Standart", "Kopenhagen" və "Reyncers" "Qarabağ"la eyni göstəriciyə malikdirlər.
Komanda şəklində ən dəqiq ötürmə göstəricisi "Çelsi"yə məxsusdur. Londonlular 2171 ötürmənin 1973-də dəqiq olublar (91 faiz). Növbəti yerlərdə "Real Betis", "Arsenal", "Marsel", PAOK, "Sevilya", "Beşiktaş" və "Milan" kimi komandalar qərarlaşıb. Ağdam təmsilçisi isə 48 klub arasında 15-cidir. Qurban Qurbanovun futbolçuları 1484 ötürmənin 1257-də dəqiq oynayıblar (85 faiz).
Futbolçular arasında ən yaxşı göstərici isə "Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqasa məxsusdur. İspan futbolçu 283 ötürmə edib və bunların 262-də dəqiq oynayıb (93 faiz). PAOK-un ispan yarımmüdafiəçisi Xose Kanyas 233 ötürmənin 214-də dəqiq olub (92 faiz). "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev isə 212 ötürmənin 195-də dəqiq olub (92 faiz). Qara bu göstərici ilə Avropa Liqasının ən yaxşıları arasındadır.
Yakub Jezniçak - 177 ötürmə, 164-ü dəqiq, 93 faiz
Miçel - 162 ötürmə, 144-ü dəqiq, 89 faiz
Abdullah Zubir - 132 ötürmə, 114-ü dəqiq, 86 faiz
saytlarin hazirlanmasi