Beynəlxalq Futbol Birliyinin idarə heyəti (IFAB) növbəti ay baş tutacaq iclasda futbola yeni qadağa gətirə bilərlər.
Sportal.az xəbər verir ki, IFAB oyunlarına uzatma dəqiqələrində oyunçu dəyişikliyinin edilib-edilməməsini müzakirə edəcək. IFAB-a görə, əlavə edilən dəqiqələrdə komandalar vaxt keçirmək üçün əvəzetmə edirlər və bu da oyunun tempini aşağı salır, vaxt gedir. Bu mövzu gələn ay iclasda müzakirə ediləcək və səsverməyə qoyulacaq.
Qeyd edək ki, bu qurum penaltilər zərbələrində sistemi dəyişdirmiş və 4-cü əvəzetməni də qaydalara salmışdı.
saytlarin hazirlanmasi