Ukrayna Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Vorskla” doğma meydanda Donetsk “Olimpik”ini 2:1 hesabı ilə məğlub edib. Poltava təmsilçisi hesabda geri düşsə də, geri dönüş edib.
"Vorskla" Premyer Liqada 21 xalla 4-cüdür.
“Qarabağ” “Vorskla”ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda keçirib və 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 8-də Ukraynada baş tutacaq.
saytlarin hazirlanmasi