Braziliya futbolu şok ölüm xəbəriylə sarsılıb.
Sportal.az xəbər verir ki, "San-Paulu" klubunun futbolçusu Daniel Korrea Freytas Kuritibanın San Xose Pinyays qəsəbəsində meyiti tapılıb. Qətli törədən şəxslər futbolçuya xeyli işgəncə veriblər. Onlar 24 yaşlı yarımmüdafiəçinin cinsiyyət orqanını da kəsiblər. Futbolçuya çoxlu zərbələr endirilib. Korreanın vəhşicəsinə qətl edilməsiylə bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, "San-Paulu" Korreanı yayda "San-Bentu"ya icarəyə vermişdi.
saytlarin hazirlanmasi