Türkiyə Super Liqasında 10-cu tura yekun vurulub.
Sportal.az xəbər verir ki, "Beşiktaş" evdə "Rizəspor"a 4-1 hesabı ilə qalib gəlib.
Super Liqada turnir cədvəlinə 21 xalla "Başakşəhər" başçılıq edir. "Kasımpaşa" və "Qalatasaray" 19 xalla 2-3-cü yerləri bölüşürlər. "Beşiktaş" 18 xalla 4-cüdür. 8 xalı olan "Rizəspor" 16-cı sırada qərarlaşıb.
"Beşiktaş" 4-1 "Rizəspor"
Qollar: Mustafa Pektemek, 3, 40, Matiç Fink, 72 (avtoqol), Vaqner Lav, 79 - Enzo Roko, 49 (avtoqol)
Qırmızı vərəqələr: Orhan Ovacıklı, 10, Marvane Sadane, 62 (hər ikisi "Rizəspor")
Qeyri-dəqiq penalti: Rikardu Kurejma, 60 ("Beşiktaş")
saytlarin hazirlanmasi